Azərbaycanlı Google-ın ART direktoru oldu

 

Röyal Paşayev 

 

Azərbaycanlı rəssam, qrafik dizayner və jurnalist Röyal Paşayev ABŞ-da Google şirkətinin art direktor vəzifəsinə təyin olunub.

Publika.az xəbər verir ki, hazırda Nyu-Yorkda yaşayan Röyal Paşayev 25 dekabr 1985-ci ildə Gəncədə anadan olub.

Sonradan ailəsi ilə birlikdə Ukraynaya köçüb. Orada orta məktəbi bitirdikdən sonra valideynləri yenidən Bakıya qayıdıb və o, 2003-cü ildə jurnalist kimi işə başlayıb.

2004-cü ildə Odlar Yurdu Universitetinə daxil olub, 2008-ci ildə isə jurnalistika üzrə magistr dərəcəsini alıb.

R. Paşayev H.O.S.T-un təsisçilərindən biri və "MadHouse Community" musiqi şirkətinin meneceridir.

2007-ci ildə fəaliyyətə başlayan H.O.S.T-un yaradıcılarından biri olan R.Paşayev qrupun bütün simvollarının, posterlərinin, konsertlərin vizual dizaynlarının, eləcə də yüzlərlə mahnı albomunun üz qabığının müəllifidir.

2015-ci ildə Royal Paşayev "Magdalena" adlı incəsənət layihəsini təqdim edib.

Bu layihənin fərqi onda idi ki, rəssam məşhur qadınları fərqli hicablarda təsvir etmişdi.

 

 

Röyal Paşayev 
 
Röyal Paşayev 
 

Röyal Paşayev