Niderland Azərbaycan Türk mədəniyyət dərnəyi Qara Yanvar faciəsinə həsr edilmiş tədbir - FOTO

 

FOTO:  Ilhan Askin
 
20 yanvar, Den Haag, AZNED.NL 
 
Bugün Niderland Azərbaycan Türk mədəniyyət dərnəyi Haaqada 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirtmişdir. 
 
Proğramda şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Və onlara Quranı Kərim oxundu. İmam Əfəndiyef xatirə proqramından bəhs etdi.
 
1990 il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Baki şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
 
20 Yanvar səhərində, Azadlıq Meydanı qan şəklində idi. Qadın və uşaq daxil olmaqla 150-200 adam dünyanın gözləri qarşısında Sovjet tərəfindən qətlə yetirilmiş, yüzlərlə ağır yaralanmış və itmişdir. 
 
Proqramın sonunda iştirakcılara ehsan yemeyi ve xalva paylasildi...
 
 
Tekst — Altan Gölalı,   
Hollandiya Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının vitse-prezidentinin yardimcisi.
 
Fotolar — Ilhan Askin

 

FOTO:  Ilhan Askin

 

FOTO:  Ilhan Askin
FOTO:  Ilhan Askin