Siyassət Hollandiyyada

Siyassət Hollandiyyada

 

Dövlət quruluşu: Konstitusiyalı monarxiyadır

Konstitusiya: 1815-ci ildə qəbul edilmiş, çoxsaylı əlavələr edilmişdir, son əlavə 2002-ci ildə edilmişdir.

Dövlət başçısı: Kraliçadır (və ya Kral). Hazırda dövlətə 30 aprel 1980-ci ildə Kraliça elan edilmiş Beatriks başçılıq edir.

Qanunverici hakimiyyət: İki palatalı Parlament. Birinci Palata – Senat (Eerste Kamer) 75 yerdən ibarətdir. Deputatlar 12 əyalət şurası tərəfindən 4 il müddətinə seçilir. Senata son seçkilər 29 may 2007-ci ildə keçirilmişdir. (Növbəti seçkilər 2011-ci ilin may ayında keçiriləcəkdir). İkinci Palata – Nümayəndələr Palatası (Tweede Kamer) 150 yerdən ibarətdir.

Deputatlar birbaşa səsvermə ilə 4 illik müddətə seçilir. Nümayəndələr Palatasına (Tweede Kamer) son seçkilər 9 iyun 2010-cu ildə keçirilmişdir. (Növbəti seçkilər 2015-ci ilin iyun ayında keçiriləcəkdir).

 

Seçkilərin nəticələri:

  • Birinci Palata – Senat (Eerste Kamer)
  • Xristian Demokratik partiyası (CDA) – 21 yer
  • Azadlıq və Demokratiya Xalq partiyası (VVD) – 14 yer
  • Əmək partiyası (PvdA) – 14 yer
  • Sosialist partiyası – 11 yer
  • Yaşıllar partiyası – 4 yer
  • Xristian Birliyi – 4 yer
  • Demokratlar – 2 yer
  • Digərləri – 5 yer

 

İkinci Palata – Nümayəndələr Palatası (Tweede Kamer)

  • Azadlıq və Demokratiya Xalq partiyası (VVD) – 20,5% (31 yer)  
  • Əmək partiyası (PvdA) – 19,6% (30 yer)
  • Azadlıq partiyası - (PVV) – 15.4% (24 yer)
  • Xristian Demokratik partiyası (CDA) – 13,6% (21 yer)
  • Sosialist partiyası (SP) – 9,8% (16 yer)
  • Demokratlar 66 (D66) – 6,9% (11 yer)
  • Sol Yaşıllar partiyası – 6,7% (10 yer)
  • Xristian birliyi – 3,2% (5 yer)
  • Digərləri – 4,3% (3 yer)

 

 

 

İcraedici hakimiyyət: Hökumət başçısı Baş Nazirdir. Nazirlər kabineti Baş Nazir tərəfindən təyin olunur. Baş Nazir Mark Ruttedir (15 oktyabr 2010-cu ildən).

Qeyd: 22 fevral 2010-cu il tarixində keçmiş Baş Nazir Balkonende hökumətinin buraxılması barədə kraliça Beatriksə müraciət etmişdir.

İstefanın səbəbi Niderlandın Əfqanıstandakı hərbi kontingentinin bu ölkədən çıxarılması məsələsində siyasi dairələrindəki fikir ayrılığıdır

 

foto: wiki
 
 
Tweede Kamer
 
 
Tweede Kamer